2678
tələbə

AKI CENTER
 

 MƏLUMAT


AKİ-İNTER təkmilləşdirmiş üsul ilə AKİ-CENTER ingilis dili kursları keçirir.
Bizim ixtisaslaşma-bu bir illik proqramları, müxtəlif metodikalar üzrə ingilis dili proqramının öyrədilməsi,12 yaşından başlayaraq, bütün yaş həddləri üçün k
eçirdiyimiz metoda əsasən bizim kurslarda ingilis dilinin öyrədilməsi 7 səviyyəyə bölünür.
Lazımı effektin alınması üçün bir illik proqram kifayyət edir.
Xarici dili mükəmməl öyrənmək üçün adətən bir il kifayyət edir.Nə qədər çətin olsa da ingilis dilini eyni zamanda iş ilə və dərs ilə birlikdə öyrənmək olar.
Kursu bitirdikdən sonra
Beynəlxalq standardlara uyğun İngilis Dili Sertifikatı verilir.
 
 
"AKI CENTER" Beynəlxalq İngilis dili mərkəzi İSO 9001:2000 sertifikati alib.
 
 
 
 
 
 
 
 
 
 
PROQRAMLAR
AKİ-CENTER proqramında biz sizə öz inkişafınizı planlaşdırmağa kömək edirik.
Müxtəlif mətnlərin, metodiki və fərdi planların yardımı ilə siz hər zaman təhsildə müvəffəqiyyətlərinizi izləyə bilərsiniz. Aşağıda” müvəffəqiyyəti necə əldə etmək olar” haqqında plan və dərəcələr siyahısı təqdim olur.
 
 
 Səviyyələr
Öz ingilis dili səviyyəni sec və dərsə başla!

 1 Beginner

Başlayan-Siz ingilis dilində bir neçə söz bilirsiniz.

Birinci səviyyə
Bu mərhələ əvvəllərdə ingilis dilini öyrənmək imkanı olmayanlar üçün nəzərdə tutulur.

IELTS 1-2 4-6, TOEFL iBT 12


  2 Elementary
Elementar- Özünüz üçün adət etdiyiniz şəraitdə danışıq vərdişiniz var.Siz səfərlər zamanı və vəziyyətlərdə ünsiyyət saxlaya bilirsiniz.Siz ingilis dilinin daha da mürəkkəb aspektlərini və funksiyasını mənimsəməyə hazırsınız.

IELTS 3.0, TOEFL iBT 20  


 3 Pre-Intermediate

Orta səviyyədən bir qədər aşağı- Siz  gündəlik həyatda və səfərlər zamanı
əsas ünsiyyət vərdişlərinə maliksiniz.Siz daha çox qulaq asmalısınız, qrammatikanı öyrənməlisiniz və söz ehtiyatını genişləndirməlisiniz

IELTS 3.5-4.5, TOEFL iBT 32

 


 4  Intermediate

Orta- Siz ingilis dilini başa düşüb, inamla danışırsınız.Siz danışiq sür`ətini,qrammatik
biliklərinizi və söz ehtiyatını artırmalısınız.(Standart kursun irəliləyışi).
IELTS 4.5-5.5, TOEFL iBT 55
 

 5 Upper-Intermediate
Orta səviyyədən bir qədər yüksək- Siz ingilis dilini kifayət qədər yaxşı bilirsiniz.Biliklərinizi
artırmaq üçün fikirlərinizi düzgün ifadə etməyi və əsaslandırmağı öyrənmək və qrammatikaya fikir vermək və söz ehtiyatını artırmaq lazımdır.(İntensiv kursun irəliləyişi.

IELTS 5.5-6.5, TOEFL iBT 80


6 Advanced
Yüksək- Siz praktiki ünsiyyət vərdişlərinə maliksiniz və bu vərdişlərdən müxtəlif mədəni
mühitlərdə istifadə edə bilirsiniz. Siz söz ehtiyatını genişləndirmək,dilin formaları və nitq usulları üzərində çalışmalısınız.

IELTS 6.7-7.5, TOEFL IBT 93

 


7
Dili tam mənimsəmə - Siz ingilis dilində tam sərbəst və sür`ətlə danışırsiniz.
Daha böyük nailiyyətlər əldə etmək üçün dilin incəlikləri məsələrinə, qiraətə və söz ehtiyatını artırmağa fikir verməlisiniz.

IELTS 7.5+ ,TOEFL IBT 105

 
 
 
MƏŞĞƏLƏLƏR
AKİ CENTER-ingilis dili kursları 
Yuharıda hər bir səviyyənin təhlili,konkret səviyyədə təhsil müddəti,bu və ya digər səviyyədə təhsilə qəbul olunmaq üçün sizə olan tələblər və bu səviyyələrdə təhsili bitirdikdən sonra əldə edəcəyiniz biliklər şərh olunur. 
 
Qrup məşğələləri

Məşğələlər 5 nəfərdən ibarət olan qruplar üzrə aparılır.Bu zaman əldə olunan nəticələr effektivliyinə görə fərdi təhsil üsuluna çox yaxın olmaqla bərabər fərqli üstünlüklərə malikdir: daha ucuz başa gəlir,cütlüklərdə sinif işi və kommunikativ vərdişlər treninqi.

 

 
 
 
Fərdi Təhsil

İNGILIS DILI ÜZRƏ MƏŞQÇI

-MAKSIMAL EFFEKTIVLIK

-MAKSIMAL ÇEVIK QRAFIK
 
NECƏ Qeydiyatdan kecmək olar?  Mərkəzi ofisə müraciət etmək lazımdır!
 
 DƏRSLİKLƏR
Qramatikanın tədrisində aydın yanaşma.
Bir neçə yüksək mükafatlara layiq görülmüş və çoxtərəfli əlavə materiallarla zəngin olan hərtərəfli kurs. Bu kurs tələbələr və müəllimlər arasında çox populyardır,özündə sınaqdan çıxmış ənənəvi təhsil metodları ilə son illərdə aparılan tədqiqatlar zamanı əldə olunmuş nəticələri birləşdirir.Yeddi səviyyəli təhsil nəticəsində tələbələr başlanğıc səviyyəsindən inkişaf etmiş səviyyəyə qədər yüksəlmiş əldə edir və dili mənimsəmənin dörd müxtəlif aspektlərində, yəni sifahi nitq, qavrayış, oxu və yazı zamanı dəqiqəlik və səlisliyə nail olurlar.
Dərslər aydın struktura malikdir və sərlövhələr elə seçilib ki, tapşırıqların təbiəti və nəticəsi asan başa düşülür.Qrammatik material məqsədyönlu şəkildə təqdim olunur.Bu işə öz növbəsində tələbələrdə özləri üçün müəyyən qaydalar sistemini yaratmağa yardım edir.Hər dərsdə “Dilin xülasəni” bölməsində qrammatik struktur və ondan istifadə qaydaları haqqında qısa izahat verilir.Bu bölməsində kitabın sonunda yerləşən “Qramatika bölməsi” ilə uyğunluq təşkil edir,həm dərs müddətində,həm dərsdən əvvəl və həm də dərsdən sonra mütaliə zamanı vacib məlumat mənbəyi rolunu oynadan “Qramatika bölməsi” ilə uyğunluq təşkil edir.
Kurs olduqca müxtəlif və rəngarəng praktiki məşğələlər təklif edir.Bunların arasında cümlələrdə buraxılmış şəkilçilərin, söz və söz birləşmələrinin yerinə yazılması və cümlələrin dəyişdirilməsi kimi idarə olunan praktik üsul və müəyyən rolu ifa etmək sərbəst oyun metodlarını qeyd etmək olar.Bu məşğələlər dili mənimsəmənin əsas dörd aspektində, yəni sifahi nitq, dinləmə, yazı və qiraət zamanı dəqiqəlik əldə etməyə kömək edir.
Sözlərlə sistematik və rəngarəng iş.
Kurs sözlərlə işi dəqiq üç elementə bölür.
1.     Yeni sözləri oxşar mənalı qruplarda öyrənmək.
2.     Söz ehtiyatını artırmaq məqsədilə səmərəli vərdişlərin inkişafı.
3.     Lüğətin qavrayış sistemi, yəni sözün yazı ilə tələffüzu arasında fərq və sözdüzəltmə.

Mətnlər
Mətnlər müxtəlif mənbələrdən götürülüb.Bunlar qəzetlərə, jurnallara,müsahibələrə, radio verilişlərinə aiddir.Mətnlərin əksəriyyəti orijinal mənbələrin keçirilən dərs üçün uyğunlaşdırılmış(adaptə edilmiş) variantından ibarətdir.
Bədii ədəbiyyat
Təlimin hər bir səviyyəsinə uyğun müxtəlif janrları əhatə edən bir neçə kitab ev oxusu üçün tövsiyyə edilir.Başlanğıc mərhələlərdə uyğunlaşdırılmış(adaptə edilmiş),inkişaf etmiş səviyyələrdə isə orijinal mətnlərdən istifadə olunur.
Birinci səviyyə
Beginner
Bu mərhələ əvvəllərdə ingilis dilini öyrənmək imkanı olmayanlar üçün nəzərdə tutulur.
İkinci səviyyə
Elementary
Bu səviyyə əvvəllərdə ingilis dili öyrənmiş,lakin hal-hazırda,çox şeyi yaddan çıxarmış və ya keçilmiş materialı bu və ya digər səbəbdən pis mənimsəmiş şəxslərə hesablanıb.
Üçüncü səviyyə
Pre-Intermediate
Dördüncü səviyyə
Intermediate
Beşinci səviyyə
Upper-Intermediate
Altıncı səviyyə
Advanced
Bizim tövsiyyələrimiz:
Bu(5,6,7) səviyyəyə uyğun biliklərə yiyələnən şəxslər üçün xaricdə təhsil almaq və işləmək üçün real imkanlar açılır. Bu biliklər bir daha sizin istənilən şəraitdə ingilis dilindəndən sərbəst istifadə etmək bacarığınızı təsdiqləyir.
Kursları bitirəndən sonra ingilis dilinizin səviyyəsi haqqında məlumat səviyyələr cədvəlində göstərilmişdir.
 

Copyright © 1997-2008 "AKI Inter"