Bu gün AKİ İnter bütün beynalxalq şirkətlərl tərəfindən tanınır və YFU, Study Group, Forte, CİEE, ACES, KAPLAN-ASPECT və digər proqramları üzrə fəaliyyət göstərir.
Təxminən 17 əməkdaş idarə və təşkilat şəbəkəsi ilə AKİ İnterin fəaliyyət tarixini Azərbaycanda çox sadə şəkildə başladı. 1998-ci ildə Azərbaycanlı tələbə Azər Cəlilov Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və ABŞ-ın Azərbaycandakı Səfirliyinə Birləşmiş Ştatlarda ailədə yaşamağı təmin etmək şərti ilə bir, iki və ya daha çox illik müddət üzrə orta məktəb və ya universitetlərdə təhsil, ABŞ Mədəniyyəti və təhsil Sisteminin İnteqrasiyasına başlaması üçün tələbə mübadiləsinə start verilməsini təklif etdi. Bu təklif Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yüksək qarşılandı.
1998-ci ildə Azər Cəlilovun bu proqram üzrə rəsmi agentlik, təsisçi və direktor kimi fəaliyyətə başlanılmasına icazə verildi.Bu proqram “Youth For Understanding-Azerbaijan” adlandı.

Azər Cəlilov hal-hazırda proqrama sədr kimi başçılıq edr.
|
Indiki AKİ İnter, keçmiş YFU-nun Azərbaycandakı təsisiçisi Azər Cəlilov:“ Harada olmağımdan asılı olmayaraq, Mən Azərbaycanın Gənc Nəslinin bu dünyada öz məqsədlərinə çatmasına yardım etmək üçün bütün cəhdlərimi edəcəyəm.”
|
Azərbaycan, Bakı, Avqust 1998-ci ildə ilk Azərbaycanlı tələbə ABŞ-ın Orta məktəbində təhsil almaq üçün ərizə verdi və könüllü olaraq Amerikanlı ailəsində yaşadı. Sonra Azər Cəlilov Azərbaycanlı tələbələrin Vaşinqtona getmələrinə yardım etmək üçün 55 nəfərlik qrupa rəhbər təklif olundu. YFU-nun Azərbaycandakı Proqram Meneceri Kənan Cəlilov və Proqram Köməkçisi İbrahim Cəlilov ona bu işdə yardımci oldular.
YFU İnc., YFU-ABŞ kimi fəaliyyətə başladıqdan sonra Azərbaycan, Bakı, Noyabr 2001-ci ildə YFU Azərbaycan fəaliyyətə başladı və Azərbaycanda AKİ İnter kimi yeni direktor Kənan Cəlilov və Proqram Meneceri- İbrahim Cəlilovun rəhbərliyi ilə qeydiyyatdan keçdi. Hal-hazırda AKİ İnterin demək olar ki, bütün Beynəlxalq Tədris mərkəzləri ilə müqavilələri var və onların Azərbaycandakı təmsilçiləridir.
Bu web səhifədə Azərbaycan tələbələri bu barədə çox şey öyrənə bilər və AKİ İnter mübadilə proqramında iştirak etmək üçün təklif olunan imkanlardan yararlana bilərlər. Azərbaycanlı tələbələr xüsusən onlar üçün yaradılmış AKİ İnter proqramları haqqında çox şey öyrənə biləcəklər. AKİ İnter dəyişkən və qarşılıq dünyada məsuliyyətli və imkanlarını düzqün qiymətləndirməyi bacaran gənc nəsil hazırlayır.
|