
Rusiyada Təhsil və Ali Məktəblər🇷🇺
Moskva və Sankt-Peterburqun 166 aparıcı universiteti, fundamental tədqiqat institutları, Boloniya sistemi və dövlət akademiyalarında ixtisaslaşmış ali təhsil imkanları.
Ümumi Təsəvvür
Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir.
Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Avropa Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir.
Rusiya Federasiyası Şərqi Avropa və Şimali Asiyada yerləşir. Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, Çin, Monqolustan, Şimali Koreya, Norveç, Finlandiya, Litva, Latviya, Estoniya və Polşa ilə həmsərhəddir. Rusiya universitetləri bütün dünyada yüksək elmi potensialı və fundamental akademik ənənələri ilə məşhurdur. Əcnəbi tələbələrin qəbulu müsabiqə və ya attestat göstəriciləri əsasında imtahansız həyata keçirilir.
Elmi Məktəblər və Akademik Ənənələr:
Rusiyada ali təhsilin çoxəsrlik zəngin tarixi ənənələri var. Rusiyanın bir çox universitetlərində nəsillər boyu görkəmli alimlər yetişdirən fundamental elmi məktəblər formalaşmışdır. Rusiya ali məktəbi sanballı və dərin təhsil proqramları ilə fərqlənir.
Dövlət Standartları və Akkreditasiya:
Rusiya Federasiyasında fəaliyyət göstərən dövlət, özəl və bələdiyyə ali təhsil müəssisələri federal dövlət təhsil standartlarına tam uyğun olaraq akkreditasiyadan keçir və beynəlxalq səviyyədə tanınan dövlət nümunəli diplomlar təqdim edirlər.
Niyə Rusiya Ali Məktəbləri?
Rusiyada Təhsil üçün Müraciət Edin
İxtisas və universitet seçimi, hazırlıq fakültəsi və rəsmi dəvətnamə prosesində tam dəstək