
ABŞ-da Təhsil və
Qlobal Karyera İmkanları
Dünyanın 1 nömrəli təhsil sistemi. 4,000+ universitet, Ivy League, STEM üzrə 3 illik OPT iş vizası və AKİ İNTER-in 26+ illik rəsmi tərəfdaşlıq zəmanəti.
ABŞ-Amerika Birləşmiş Ştatları
ABŞ dünyada ən çox siyasi, iqtisadi və elmi cəhətdən inkişaf etmiş ölkədir.

ABŞ-Amerika Birləşmiş Ştatları
Proqramın Əsas Üstünlükləri
ABŞ dünyada ən çox siyasi, iqtisadi və elmi cəhətdən inkişaf etmiş ölkədir.
Burada hər kəsə sərbəst inkişaf şansı verildiyi üçün bütün insanların arzusu Amerikada öz imkanlarını daha da genişləndirməkdir. Elmi tərəqqinin vətəni sayılan Amerika bir çox elmi sahələri ilə məşhurdur. Hər kəsə məlumdur ki, Amerikanın universitetləri bütün proqramlar üzrə dünya reytinqinə rəhbərlik edir. Amerikanın təhsil sistemi özünəməxsus keyfiyyətləri ilə seçilir.
Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-da orta məktəblər üçün vahid sərt federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akkreditasiyası və qeydiyyatı ilə ştatları idarə edən nüfuzlu regional təşkilatlar məşğul olur.
Bu gün çox sürətlə qloballaşan dünyada hər şey həqiqətən də tez dəyişir. Ətrafımızda baş verənləri anlamağın və qlobal səviyyədə rəqabət aparmağın ən etibarlı yolu beynəlxalq təhsil almaqdır. Gənc AKİ İNTER tələbəsi kimi siz qlobal proseslərin fəal iştirakçısına çevrilmək üçün zəruri bilik, bacarıq və geniş dünyagörüşü əldə edəcəksiniz. Siz hər gün yaşadığınız ölkənin mədəniyyəti, canlı ingilis dili, musiqi, ədəbiyyat, incəsənət, biznes və siyasət haqqında yeni bilgilər qazanacaqsınız.
Əgər Birləşmiş Ştatlarda bir il və ya bir semestr təhsil almaq və müxtəlif mədəniyyətləri öyrənmək istəyirsinizsə, AKİ İNTER ilə xaricdə təhsil imkanlarından yararlanmağa tələsin. Siz yeni dostlar qazanacaq, ABŞ-da gənclərin həyat tərzi ilə yaxından tanış olacaq və akkreditasiya olunmuş məktəblərdə keyfiyyətli təhsil alacaqsınız.
Biz nə edirik?
AKİ İNTER şirkəti tələbələrə ABŞ Universitetlərinə çox asan qəbul olmağa kömək edir.
Seçilmiş kollec və universitetlər
Amerikada 4 000-dən çox universitet və 1 000 kollec fəaliyyət göstərir. Burada tədrisin keyfiyyəti olduqca yüksəkdir. Bəzən seçim ilə gözlənti arasında uyğunsuzluq yarana bilər və yanlış qərar baha başa gələ bilər. AKİ İNTER yüksək akademik reytinqə və təhlükəsiz təhsil mühitinə malik müəssisələrlə birbaşa əməkdaşlıq edərək bu prosesi tam asanlaşdırır.
Akademik Universitetlər (Schreiner University və Partnyorlar)
Siz ekspert komandamız tərəfindən seçilmiş, yüksək akademik nüfuza, müasir laboratoriyalara və 12:1 nisbətində tələbə-müəllim balansına malik 75 aparıcı Amerika universitetindən birini seçə bilərsiniz.
Amerika Heyəti Tərəfindən 24/7 Dəstək
Biz Amerikada təhsil aldığınız bütün müddət ərzində sizə dəstək oluruq. Yaşayış yeri, tibbi sığorta və rəsmi qeydiyyat məsələlərini peşəkarlıqla təşkil edirik. Proqramın ilk günündən məzuniyyətə qədər akademik nəticələrinizi izləmək və ehtiyac olduqda yardım göstərmək üçün mütəmadi əlaqə saxlayırıq. Fövqəladə hallarda 24 saat xidmətinizdə duracaq ödənişsiz təcili əlaqə xətti təmin edirik.
Təkmilləşdirilmiş Ərizə Prosesi
Hansı istiqaməti seçməyinizdən asılı olmayaraq, asanlaşdırılmış ərizə prosesimiz məqsədlərinizə ən qısa zamanda çatmağınıza kömək edəcəkdir:
Sizin etibar edəcəyiniz komanda
AKİ İNTER — Sizin etibar edə biləcəyiniz rəsmi tərəfdaşınızdır.
Hər il 120 ölkədən 35 000-dən çox tələbəyə dil bacarıqlarının inkişafında, universitet hazırlıq proqramlarında və ali məktəblərə zəmanətli qəbulda dəstək oluruq.
ABŞ-da Hərtərəfli Xidmətlərimiz
Amerikada AKİ İNTER kollec və universitet seçimində müstəsna üstünlüklərə malikdir.
18+ İllik Təcrübə
Artıq 18 ildir ki, Amerika təhsil sistemində böyük təcrübə qazanmışıq və ABŞ-ın aparıcı kollec və universitetləri ilə sıx birbaşa əlaqələr qurmuşuq. Heyətimiz tələbələrlə, təhsil mütəxəssisləri ilə və tərəfdaş ali məktəblərlə daimi əlaqədədir. Sənəd qəbulunun sürətləndirilməsi və suallarınızın dərhal cavablandırılması üçün birbaşa kanallarımız mövcuddur. AKİ İNTER məsləhətçilərinin rəhbərliyi ilə hazırlanan ərizələr qəbul komissiyaları tərəfindən yüksək üstünlüklə qiymətləndirilir.
Bu Proqram Üzrə Təhsil Almaq İstəyirsiniz?
Ekspertlərimiz sizə ən uyğun Amerika universitetini və ya məktəbini seçməyə kömək edəcək.
ABŞ-da Təhsil Müraciəti
Məlumatlarınızı qeyd edin, 1 saat ərzində Amerika təhsili üzrə koordinatorumuz sizinlə əlaqə saxlasın.
AKİ İNTER Bakı Ofisləri
Rəsmi Qəbul və KonsaltinqQlobal Diplom Nüfuzu
Amerika diplomları dünyanın bütün qitələrində dərhal tanınır və beynəlxalq transmilli şirkətlərdə ən yüksək maaşlı vəzifələrə qapı açır.
3 İllik OPT İş Vizası
STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) məzunları məzuniyyətdən sonra 36 ayadək ABŞ-da tam ştatlı rəsmi işləmək hüququ qazanırlar.
Çevik İxtisas Seçimi
İlk iki il ümumi baza fənlərini keçərək 3-cü kursa qədər əsas ixtisası (Major) dəyişmək və ya ikili ixtisas (Double Major) bitirmək azadlığı.
26 İllik Tam Dəstək
Universitet seçimindən tutmuş F1 vizasına, yataqxana yerləşdirilməsindən məzuniyyətə qədər bütün addımlarda AKİ İNTER yanınızdadır.