- Əsas məktəb (secondary school): 12-15 yaşlı uşaqlar üçün (VII-IX siniflər);
- Orta məktəb (High school): 16-18 yaşlı uşaqlar üçün (X-XII siniflər).
- İbtidai məktəb (elementary school). Əsasən 6 yaşdan etibarən başlayır. Burada təhsil ştatdan asılı olaraq 5-6 il davam edir. Amerikada adətən məktəbə uşaqları 6 yaşında qəbul edirlər. Bütün dərslər (oxu, ədəbiyyat, şifahi nitq, orfoqrafiya, musiqi, təsviri incəsənət, hesab, tarix, təbiətşünaslıq, gigiyena, bədən tərbiyəsi və əmək) bir müəllim tərəfindən aparılır.
- Əsas məktəb (secondary school). Təhsilin bu pilləsi 3 illikdir (VII-IX siniflər). Burada tədris olunan əsas fənlər aşağıdakılardır: ingilis dili, riyaziyyat, təbiətşünaslıq, bədən tərbiyəsi, gigiyena, musiqi, təsviri incəsənət, əmək və ya evdarlıq. Səkkizinci sinifdən etibarən şagirdlər maraq göstərdikləri fənləri seçmək hüququna malikdirlər.
- Orta məktəb (high school). Təhsil müddəti 3 ildir (X-XII siniflər). Əsas fənlərə riyaziyyat (2 il), ingilis dili (4 il), təbiət elmləri (2 il) və sosial elmlər (3 il) daxildir.Orta məktəbdə qiymətləndirmə sistemi ingilis əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır. Orta qiymətin müəyyən edilməsi üçün hərflərə uyğun ballardan (A=4, B=3, C=2, D=1 və F= 0) istifadə olunur.
ABŞ-da 3 cür Orta Məktəb var:
- Dövlət Məktəbi ( Public High school)
- Özəl Gündəlik məktəb (Private High school)
- Özəl Bağli məktəb (Private Boarding school)
Dövlət məktəbi:
Sizə öz evlərinin qapısını və könüllü olaraq ürəklərini açmış, sizi otaq yemək və evlə təmin etmək istəyən xüsusi seçilmiş ailələrdə yaşayacaqsınız. Siz orada ailə üzvlərinin bir-birinə necə münasibət bəsləməsini və onların həyat tərzi ilə yaxından tanış olacaqsınız. Məktəbdə ingilis dili, tarix, riyaziyyat kimi yalnız akademik fənnlər deyil, digər başqa maraqlı fənnləri də öyrənəcksiniz.
Orta məktəbi yaxşı qiymətlərlə bitirdikdən sonra məktəb beynəlxalq tələbələrə orta məktəb attestatı verəcək.
Özəl gündəlik məktəb :
Siz Özəl Gündəlik orta məktəbdə təhsil alacaqsınız və Amerikan ailəsində yaşayacaqsınız. Özəl Gündəlik orta məktəb Dövlət məktəbindən çox seçilir.
Özəl Bağli məktəb(Boarding) :
Siz Özəl Bağlı orta məktəbdə təhsil alacaqsınız və yataqxanada yaşayacaqsınız. Özəl Bağlı orta məktəb Dövlət məktəbindən çox secilir.
ABŞ-da orta məktəblərin siyahısı:
- Admiral Farragut Academy
- Besant Hill School
- Canterbury School
- Cate School
- Columbia Grammar and Preparatory School
- Dwight School
- Hawaii Preparatory Academy
- Hotchkiss School
- Interlochen Arts Academy
- Kent School
- Loomis Chaffee
- Lyndon Institute
- Miami Day School
- Phillips Academy Andover
- Pine Crest School
- Ross School
- Rumsey Hall School
- Salisbury School
- South Kent School
- St. Johnsbury Academy
- St. Paul’s School
- Stevenson School
- Suffield Academy
- The Grier School
- The Gunnery School
- The Hun School of Princeton
- The Storm King School
- The Webb School
- The Winchendon School
- Trinity School
- North Broward Preparatory School