Avropa Birliyi

Avropa -  dünyanın yeddi ənənəvi qitəsindən biridir.Avrasiya qərb yarmadasını daxil etməklə , Avropa ümumiyyətlə Asiyadan şərqinə qədər su ilə bölünür, cənub-şərqindən isə Ural dağı, Ural çayı , Xəzər dənizi və Qafqazla bölünür.

Hollandiyada Universitetlər

Krallığın xüsusi “qeyri-adi” ab-havası avropa gənclərini Niderlandda oxumaq və yaşamağa cəlb edir. Hollandiyada təkcə holland dilində deyil, həm də ingilis dilində təhsil almaq mümkündür. Ölkə beynəlxalq ingilisdilli təhsil proqramlarının sayına görə lider sayılır.

Niderlandda təhsil sistemi

Hollandiyanın təhsil sistemi ibtidai, orta məktəb və universitetlərə bölünür. İbtidai məktəbə 4 yaşlı uşaqlar gedir. 12 yaşında uşaqlar orta məktəbə keçir və təhsil uğurlarından asılı olaraq, ibtidai məktəbdə üç istiqamətdən biri üzrə hazırlaşdırılırlar: universitetəqədər, ümumi hazırlıq və peşə təhsili. Bu istiqamətlərin proqramlarında təhsil müəyyən zaman aralığında (müvafiq olaraq 4, 5 və 6 il) nəzərdə tutulub və məktəblilərin fərqli hazırlıq səviyyəsi nəzərdə tutulur. Hollandiyada universitetəqədər və ya ümumi proqram üzrə təhsil şagirdlərin universitetlərə qəbulunu nəzərdə tutur. Orta peşə təhsili isə şagirdlərin müəyyən peşələrə yiyələnməsinə və iş tapmasına yönəlib.

Hollandiyada ali təhsil çevik sistemə və məhsuldar yanaşmaya malikdir. Bu tələbəyə səviyyədən səviyyəyə , hətta universitetdən universitetə müstəqil keçidin mümkünlüyünü nəzərdə tutur. Lazım gələrsə tələbələr anlamadıqları kursları təkrar dinləyə bilərlər. Belə bir təcrübənin tətbiqi, tələbələrə öz yaradıcılıq imkanlarını tam göstərməyə imkan verir və Hollandiyada təhsili cəlbedici və maraqlı proses edir. Həmçinin həftədə 10 saatlıq işdən artıq olmamaq şərti ilə tələbələrin təhsil və işlərini birləşdirmək imkanı da qanunvericiliklə nəzərdə tutulub. Əcnəbi tələbələr üçün böyük üstünlük ali məktəblərə imtahansız qəbul edilmə imkanıdır.

Hollandiya ali məktəblərində tədris səviyyəsi artıq 200 ildir ki, təhsilin keyfiyyətinə zəmanət verən qanunvericiliklə nəzarət olunur. Ona görə də krallıqda az və ya çox tanınmış təhsil ocaqlar üzrə bölgü yoxdur, bu və ya digər ali məktəbin seçimi isə daha çox tələbələr tərəfindən verilən şəxsi üstünlükdən asılıdır. Hollandiyada təhsil ənənəvi bakalavr – magistr – doktor sistemi üzrə dizayn edilib və ölkənin ali məktəblərində və ya klassik universitetlərdə keçə bilər.

Ali məktəblərdə müxtəlif ixtisaslarda kadr hazırlayırlar: Biznes, menecment, turizm və s. Ali məktəbdə 4 il təhsildən sonra tələbələrə bakalavr dərəcəsi verilir. Ali məktəb məzunlarının gələcək təhsili üçün qısaldılmış illik master kursları nəzərdə tutur.

Sadə ali təhsil Hollandiyada 14 dövlət universitetlərində tədris olunur: 9 klassik, 3 texniki, açıq və aqrar universitetlər. İlk 3 il tələbələr bakalavr dərəcəsi almaq üçün, sonrakı 1-2 ili master (magistr) dərəcəsi almaq üçün oxuyurlar. Açıq universitetində qiyabi təhsil forması mümkündür.

Hollandiyanın rəsmi adı Niderland krallığıdır. Çox az adam bilir ki, təkcə Hollandiya özü ölkənin əhəmiyyətli əyalətidir. Buna baxmayaraq, bütün dünyaya tanınmış pendir, lalələr və yel dəyirmanları məhz hollandiya adı ilə bərabər adlandırılırar. Hollandiya, əsrlər boyu qəribə memarlığı, mədəniyyəti və öz bənzərsiz gözəlliklərini qurmuşdur.

Universitetlər:

  1. Amsterdam University
  2. Delft University Technology
  3. Eindhoven University Technology
  4. Erasmus University Rotterdam
  5. Gerrit Rietveld Academie
  6. Maastricht School of Management
  7. University Leiden
  8. University Maastricht
  9. University Nijmegen
  10. Utrecht University

Please publish modules in offcanvas position.