Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir.
Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir.
Ənənəvi olaraq Rusiyada ali təhsil iki pilləyə bölünür: bakalavriat və magistratura. Ali təhsil proqramlarının normativ müddətləri aşağıdakı kimidir:
- bakalavr dərəcəsi almaq üçün təhsilin əyani forması üzrə bakalavriat proqramı - 4 il;
- mütəxəssis dərəcəsi almaq üçün əyani forma üzrə mütəxəssis hazırlığı proqramı - 5 ildən az olmamaqla;
- təhsilin əyani forması üzrə magistr dərəcəsi almaq üçün magistr proqramı - 2 il;
- elmi pedaqoji kadrların aspiranturaya (adyunktura) hazırlığı proqramı - 3 ildən artıq olmamaqla.