İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70 faizi dövlət universitetləridir. Universitetlərin nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.
Ölkə universitetlərində kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənnlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər hazırlanır. Universitetlərdə tədris prosesi ilə yanaşı, tədqiqat işləri də həyata keçirilir. Ölkə universitetlərində təxminən 1,25 milyon tələbə təhsil alır.
İtaliyada ali təhsil sistemi əsasən universitetlərdən ibatərdir. Digər tip məktəblər də mövcuddur ki, bu incəsənət akademiyaları, konservatoriyalar və 2 pizan institutudur. Bu məktəblərdə təhsil elmi-tədqiqat işlərinin aparılmasına istiqamətlənmişdir. İtaliyada 47 dövlət universiteti və dövlət lisenziyası olan 9 müstəqil universitet vardır. Bu universitetlərdə 1.5 milyona yaxın tələbə təhsil alır və 60.000-dən çox professor dərs deyir. İtaliyada dərs ili 2 semestrə bölünür. 1-ci semestr oktyabrın ilk günlərində, 2-ci semestr isə martın ilk günlərində başlayır.
Anqlosakson sistemində “Bakalavr” səviyyəsinə uyğun ilk diplomu laurea (C.L.) almaq üçün 4-6 il oxumaq tələb olunur. Filoloqlar bu dərəcəni 4 ildən sonra, kimyaçılar və memarlar 5 ildən sonra, həkimlər isə 6 ildən sonra ala bilərlər. Maqistr təhsilində ixtisaslar həm ingilis həm də italyan dilində tədris olunur. Əcnəbi tələbələrə ödənişsiz italyan dili öyrədilir. Maqistr dərəcəsinə uyğun olan növbəti dərəcə – Diploma universitario (C.D.U.) adlanır. Kurs 3 il davam edir. Həmçinin iki illik Scuole dirette a fini speciali ixtisaslaşma kursu var ki, bunun nəticəsində C.D.U.-ya oxşayan dərəcə almaq olar. Universitet məzunu təhsil aldığı ixtisasa görə 3 illik təcrübədən sonra doktoranturaya daxil ola bilər. Bunun üçün qəbul testindən keçmək lazımdır. Bakalavr təhsili 3 il davam edir. Lakin, memarlıq oxuyanlar 5, tibb sahəsi üzrə oxuyanlar isə təhsilini 6 ilə bitirirlər.
Universitetin birinci pilləsinə daxil olan xarici tələbələr qəbul imtahanı vermirlər. Buna baxmayaraq, hər bir italyan universiteti dil üzrə xüsusi testlə imtahan həyata keçirir. Belə testlər adətən qrammatik suallardan, mətnin tərcüməsindən və müəllimlə söhbətdən ibarət olur
Universitetlər:
- Academia Teatro Alla Scala Ballet School
- Bocconi
- IED-Istituto Europeo di Design
- International School of Advanced Studies, Trieste
- Libera Accademia di Belle Arti di Roma
- Politecnico di Milano
- Scuola Normale Super-Pisa
- Scuola Politecnica di Design SPD
- Universita di Roma "La Sapienza"
- University Naples Federico II
- University of Bologna
- University of Florence
- University of Genova