Kanada Şimali Amerika qitəsində yerləşən dövlətdir. Ərazisinə görə dünyada Rusiyadan sonra ikinci yeri tutur. Hal – kazırda dünyanın inkişaf etmiş ölkələr sırasındadır. Yüksək texnologiyaya malik olan Kanada güclü bazar iqtisadiyyatına, istehsal modellerinə və rahat yaşayış tərzinə malikdir. Dünyanın ən sülh ölkələrindən hesab edilən ölkələrdən biri də Kanadadır. Dünyada bir çox gənclər bu ölkəyə təhsil almaq üçün üz tutur.
Kanadanın bütün bölgələrində nüfuzlu universitetlər və kolleclər vardır. Bu ölkənin universitetləri yüksək təhsil keyfiyyəti və apardığı keyfiyyətli tədqiqatları ilə tanınır.
Kanadanın bütün bölgələrində nüfuzlu universitetlər və kolleclər vardır. Bu ölkənin universitetləri yüksək təhsil keyfiyyəti və apardığı keyfiyyətli tədqiqatları ilə tanınır.
Kanadada iki dövlət dili – ingilis və fransız dili var, tələbələr bu iki dillərdən birində təhsil ala bilər.
Avropa və Amerikanın əksər xarici ölkələrində olduğu kimi, Kanadada ali təhsil 3 pillədən ibarətdir:
Undergraduate (Bachelor`s Degree) – bakalavr dərəcəsi verən ilk ali təhsil. Bakalavr proqramı üzrə təhsil müddəti əyalətdən asılı olaraq ən azı 3 il, bəzi fənlərə görə isə – daha çoxdur. 3 ilə bakalavr dərəcəsi verilən əyalətlərdə, tələbələr fərqlənmə diplomu almaq üçün bir il daha oxumalıdırlar.
Graduate (Master`s Degree) – magistr dərəcəsi verən magistratura. Təhsil müddəti 2 ildir. Magistraturaya diplom işinin və ya dissertasiyanın yazılması və müəyyən fənn üzrə təcrübənin aparılması daxildir.
Postgraduate – doktor dərəcəsi verən aspirantura (istənilən sahədə rəsmi dərəcə – fəlsəfə elmləri doktoru PhD adlanır). Təhsil müddəti – 3 (ən azı) və ya 4 ildir, bir il məktəbdə keçirilməlidir. Əksər hallarda doktoranturaya qəbul olmaq üçün magistr dərəcəsi tələb olunur. Bəzi universitetlər üçün tələbənin fərqlənmə diplomunun olması da kifayətdir.
Universitetlər
- University of Toronto
- The University of British Columbia
- University of Alberta
- Simon Fraser University
- McGill University
- University of Waterloo
- York University
- Queen’s University
- University of Calgary
- University of Victoria
- Université du Québec à Montréal
- Université de Montréal
- Université Laval
- The University of Western Ontario
- McMaster University
- University of Ottawa
- Carleton University
- University of Guelph
- Concordia University
- University of Manitoba
- Dalhousie University
- University of Saskatchewan
- Ryerson University
- Memorial University of Newfoundland
- University of Regina
- Brock University
- École Polytechnique de Montréal
- University of New Brunswick
- Université de Sherbrooke
- University of Windsor
- University of Winnipeg
- Université du Québec.
- University of Lethbridge.
- British Columbia Institute of
- Technology
- HEC Montréal
- Wilfrid Laurier University
- Université du Québec à Chicoutimi
- Lakehead University
- Trent University
- Thompson Rivers University