Avropa Birliyi

Avropa -  dünyanın yeddi ənənəvi qitəsindən biridir.Avrasiya qərb yarmadasını daxil etməklə , Avropa ümumiyyətlə Asiyadan şərqinə qədər su ilə bölünür, cənub-şərqindən isə Ural dağı, Ural çayı , Xəzər dənizi və Qafqazla bölünür.

Avropa Birliyi ya da kısaca AB, yirmi yedi ölkədən olan və torpaqları böyük ölçüdə Avropa qıtasında yerləşən siyasi və ekonomik bir qurumdur.


İsveç Şimali Avropada yerləşir, Norveç və Finlandiya ilə həmsərhəddir. İsveç universitetləri Avropa tələbələri arasında çox məşhurdur. Universitetlər Təhsil Nazirliyinin tabeçiliyinə daxildir. İsveçdə təxminən 55 təhsil müəssisəsi fəaliyyət göstərir ki, onların da 11-i universitetlərdir. Təhsil həm isveç, həm də ingilis dilində aparılır.

Ali təhsil 3 pillədə aparılır: bakalavr, magistratura və aspirantura.


Bakalavr

Burada təhsil alan tələbələrin çoxu İsveç və digər ölkələr arasında aparılan tələbə mübadiləsinin nəticəsində ölkəyə gələnlərdir. Digər halda, attestat və ingilis dili biliklərini təsdiq edən TOEFL və ya İELTS sertifikatlarını təqdim etməlidirlər. İngilis dilində bakalavr təhsili hər 3 universitetdən birində təklif olunur.

Magistratura

Burada magistratura təhsili almaq istəyənlər bakalavr diplomu, həmçinin ingilis dili biliklərinin göstəricisi olan TOEFL və ya İELTS sertifikatlarını təqdim etməlidir. İsveçdəki bir çox ali məktəblər bakalavrın son kursunda olan, diplomu yayda alacaq tələbələri də qəbul edir.

Universitetlər :

  1. Kalaidos University of Applies Sciences
    www.kalaidos-fh.ch/fbba
  2. HTW University of Applied Sciences
    www.fh-htwchur.ch
  3. Swiss Hotel Management School
    www.shms.com
  4. European University
    www.euruni.edu
  5. BHMS Business and Hotel Management School
    www.bhms.ch
  6. Glion Institute of Higher Education
    www.laureate-inc.com
  7. Business School Chardonne
    www.bsc-switzerland.ch
  8. HTMI Hotel & Tourism Management School Switzerland
    www.htmi.ch
  9. Ecole Hoteliere De Lausanne
    www.ehl.ch
  10. IMI – International Hotel Management Institute Switzerland
    www.imi-luzern.com
  11. AGSB- American Graduate School of Business
    www.agsb.ch 

İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70 faizi dövlət universitetləridir. Universitetlərin nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.

Ölkə universitetlərində kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənnlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər hazırlanır. Universitetlərdə tədris prosesi ilə yanaşı, tədqiqat işləri də həyata keçirilir. Ölkə universitetlərində təxminən 1,25 milyon tələbə təhsil alır.

İtaliyada ali təhsil sistemi əsasən universitetlərdən ibatərdir. Digər tip məktəblər də mövcuddur ki, bu incəsənət akademiyaları, konservatoriyalar və 2 pizan institutudur. Bu məktəblərdə təhsil elmi-tədqiqat işlərinin aparılmasına istiqamətlənmişdir. İtaliyada 47 dövlət universiteti və dövlət lisenziyası olan 9 müstəqil universitet vardır. Bu universitetlərdə 1.5 milyona yaxın tələbə təhsil alır və 60.000-dən çox professor dərs deyir. İtaliyada dərs ili 2 semestrə bölünür. 1-ci semestr oktyabrın ilk günlərində, 2-ci semestr isə martın ilk günlərində başlayır.

Anqlosakson sistemində “Bakalavr” səviyyəsinə uyğun ilk diplomu laurea (C.L.) almaq üçün 4-6 il oxumaq tələb olunur. Filoloqlar bu dərəcəni 4 ildən sonra, kimyaçılar və memarlar 5 ildən sonra, həkimlər isə 6 ildən sonra ala bilərlər. Maqistr təhsilində ixtisaslar həm ingilis həm də italyan dilində tədris olunur. Əcnəbi tələbələrə ödənişsiz italyan dili öyrədilir. Maqistr dərəcəsinə uyğun olan növbəti dərəcə – Diploma universitario (C.D.U.) adlanır. Kurs 3 il davam edir. Həmçinin iki illik Scuole dirette a fini speciali ixtisaslaşma kursu var ki, bunun nəticəsində C.D.U.-ya oxşayan dərəcə almaq olar. Universitet məzunu təhsil aldığı ixtisasa görə 3 illik təcrübədən sonra doktoranturaya daxil ola bilər. Bunun üçün qəbul testindən keçmək lazımdır. Bakalavr təhsili 3 il davam edir. Lakin, memarlıq oxuyanlar 5, tibb sahəsi üzrə oxuyanlar isə təhsilini 6 ilə bitirirlər.

Universitetin birinci pilləsinə daxil olan xarici tələbələr qəbul imtahanı vermirlər. Buna baxmayaraq, hər bir italyan universiteti dil üzrə xüsusi testlə imtahan həyata keçirir. Belə testlər adətən qrammatik suallardan, mətnin tərcüməsindən və müəllimlə söhbətdən ibarət olur

Universitetlər:

  1. Academia Teatro Alla Scala Ballet School
  2. Bocconi
  3. IED-Istituto Europeo di Design
  4. International School of Advanced Studies, Trieste
  5. Libera Accademia di Belle Arti di Roma
  6. Politecnico di Milano
  7. Scuola Normale Super-Pisa
  8. Scuola Politecnica di Design SPD
  9. Universita di Roma "La Sapienza"
  10. University Naples Federico II
  11. University of Bologna
  12. University of Florence
  13. University of Genova

1 -dən səhifə 2

Please publish modules in offcanvas position.