Avropa Birliyi

Avropa -  dünyanın yeddi ənənəvi qitəsindən biridir.Avrasiya qərb yarmadasını daxil etməklə , Avropa ümumiyyətlə Asiyadan şərqinə qədər su ilə bölünür, cənub-şərqindən isə Ural dağı, Ural çayı , Xəzər dənizi və Qafqazla bölünür.

 

Fransada ali təhsil almaq üçün, xarici tələbələrin birinci növbədə fransız dilindən yaxşı səviyyələri olmalıdır. Bu vacib şərtin bir hissəsi kimi hər il fransız dilindən imtahanlar keçirir:

- TCF (Fransız dili Testi), Fransız dili səviyyəsini müəyyən edən bu test, Fransa Təhsil Nazirliyi tərəfindən verilən və iki il müddətində qüvvədə olan sertifikatla təsdiqlənir. Akademik il ərzində TCF-dən üç imtahan sessiyası keçirilir. Universitetin 1-ci və ya 2-ci kursuna yazılmaq istəyən xarici tələbələr xüsusi TCF-DAP (Universitetə öncədən qəbul) imtahanını verməlidir . Bu imtahan yalnız ildə bir dəfə keçirilir.

- DELF (Fransız dili diplomu) və DALF ( Mükkəmməl Fransız dili diplomu) Fransa Təhsil Nazirliyinin müstəqil rəsmi diplomlarıdır.

Yalnız bu imtahanlardan birini yüksək nəticə ilə uğurla versəniz Fransız universitetlərinə qəbul edilə bilərsiniz.

Sizi maraqlandıran, universitet nəticələrinizi nəzərə alan, məqsəd və imkanlarınıza cavab verən, düzgün təhsil proqramını seçmək lazımdır. Sonra, karyera planlarınızı müəyyən edərək, düzgün ixtisas və ali təhsil müəssisəsi seçilməlidir. Və yalnız bundan sonra, əgər siz Fransız dili testlərindən kifayət qədər bal toplasanız, dosyenizi universitetə yazılmaq üçün göndərə bilərsiniz.Fransada ali təhsil almaq istəyirsinizsə,  kömək almaq üçün AKI INTERa müraciət edə bilərsiniz.

Universitetlər:

  1. Ecole des Ponts et Chaussées
  2. Ecole des Haute Etudes Commerciale
  3. Ecole Nationale de l'Aviation Civile (ENAC)
  4. Ecole Nationale Superieure agronomique de Toulouse
  5. Ecole Nationale Superieure des Mines de Paris
  6. Ecole Nationale Superieure des Mines de Nantes
  7. Ecole Nationale Superieure des Telecommunications
  8. Ecole Normale Supérieure, Paris
  9. Ecole Polytechnique
  10. Ecole Supérieure d'Architecture (ENSA) de Montpellier et de Marseille
  11. Ecole Superieure d'Electricite
  12. EİCAR, L`ecole des métiers du cinema et de la television, Paris
  13. Ecole Superieure de Phsique et de Chimie Industrielles de la Ville de Paris
  14. INSEAD Business School
  15. Université de Franche-Comté (UFC)
  16. Institut d'Etudes Politiques de Lille
  17. Institut d'Etudes Politiques de Grenoble
  18. Institut Francais du Petrole
  19. Institut National de Recherche Agronomique
  20. Institut Superieur de l'Aeronautique et de l'Espace de Toulouse
  21. Université de Panthéon-Sorbonne Paris 1
  22. Universite de Strasbourg
  23. Universite de Technologie de Copmiegne
  24. Université de Toulouse II Le Mirail
  25. Universite Paris East Marne la Vallee
  26. Université Paris VIII - Vincennes St. Denis
  27. Universite Sorbonne Nouvelle Paris 3
  28. University Grenoble 1 - Universite Joseph-Fourier
  29. University Lyon 1 - Universite Claude Bernard
  30. University Montpellier
  31. University Nancy 1 - Universite Henri Poincare (Université de Lorraine)
  32. University Nice Sophia-Antipolis
  33. University of Aix-Marseille 1 - Université de Provence (Aix-Marseille Université)
  34. University of Paris 9 - Universite Paris Dauphine
  35. University Paris 11 - Universite Paris Sud
  36. University Paris 4 - Universite Paris-Sorbonne
  37. University Paris 5 - Universite Rene Descartes
  38. University Paris 6 - Pierre and Marie Curie University
  39. University Paris 7 - Universite Paris Diderot

Şərqi Avropanın ecazkar ölkəsi Çexiya haqqında yəqin hamı eşidib. Çexiyada da bizim ölkədə olduğu kimi 7 yaşından 10 yaşına qədər uşaqlar ibtidai məktəbdə oxuyurlar.

İspaniyada yüksək keyfiyyətli və dayanıqlı təhsil sistemi mövcuddur. Ölkə təhsili dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir. İspaniyada çoxsaylı beynəlxalq məktəb fəaliyyət göstərir. Bu məktəblər əsasən ödənişli əsaslarla təhsil təklif edir. Beynəlxalq təhsil müəssisələrinin bəzilərində yalnız ibtidai təhsil, müəyyən qismində isə ibtidai təhsillə yanaşı, həm də məktəbəqədər təhsil və ali təhsil də verilir. Bu məktəblərin hər birinin ayrıca tədris proqramı var. Beynəlxalq ali məktəblərə Amerikanın orta məktəb diplomu ilə də daxil olmaq mümkündür.

İspaniya Krallığında yüksək keyfiyyətli və dayanıqlı təhsil sistemi mövcuddur. Ölkə təhsili dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir. İspaniyada çoxsaylı beynəlxalq məktəb fəaliyyət göstərir. Bu məktəblər əsasən ödənişli əsaslarla təhsil təklif edir. Beynəlxalq təhsil müəssisələrinin bəzilərində yalnız ibtidai təhsil, müəyyən qismində isə ibtidai təhsillə yanaşı, həm də məktəbəqədər təhsil və ali təhsil də verilir. Bu məktəblərin hər birinin ayrıca tədris proqramı var. Beynəlxalq ali məktəblərə Amerikanın orta məktəb diplomu ilə də daxil olmaq mümkündür.

İspaniyanın ali məktəblərində təhsil almaq üçün ispan dilini bilmək əsas şərtlərdən biridir. Odur ki, ölkənin ali məktəblərini seçən əcnəbilər ispan dili üzrə imtahan verirlər. (D.E.L.E. ispan dili üzrə imtahan). Müvafiq imtahanlar mayda və dekabrda keçirilir. Əcnəbi tələbələr, İspaniyada ali təhsil müəssisələrində oxuyan tələbələrin ümumi sayının 3 faizini təşkil edir. Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən gələn tələbələrdir.

Universitetlər:

  1. ESADE Business School
  2. Instituto de Empresa Business School (Madrid)
  3. Les Roches International school of Hotel Management, Marbella
  4. Universidad Autónoma de Barcelona
  5. Universidad Autonoma de Madrid
  6. Universitat Pompeu Fabra
  7. University Barcelona

Krallığın xüsusi “qeyri-adi” ab-havası avropa gənclərini Niderlandda oxumaq və yaşamağa cəlb edir. Hollandiyada təkcə holland dilində deyil, həm də ingilis dilində təhsil almaq mümkündür. Ölkə beynəlxalq ingilisdilli təhsil proqramlarının sayına görə lider sayılır.

Niderlandda təhsil sistemi

Hollandiyanın təhsil sistemi ibtidai, orta məktəb və universitetlərə bölünür. İbtidai məktəbə 4 yaşlı uşaqlar gedir. 12 yaşında uşaqlar orta məktəbə keçir və təhsil uğurlarından asılı olaraq, ibtidai məktəbdə üç istiqamətdən biri üzrə hazırlaşdırılırlar: universitetəqədər, ümumi hazırlıq və peşə təhsili. Bu istiqamətlərin proqramlarında təhsil müəyyən zaman aralığında (müvafiq olaraq 4, 5 və 6 il) nəzərdə tutulub və məktəblilərin fərqli hazırlıq səviyyəsi nəzərdə tutulur. Hollandiyada universitetəqədər və ya ümumi proqram üzrə təhsil şagirdlərin universitetlərə qəbulunu nəzərdə tutur. Orta peşə təhsili isə şagirdlərin müəyyən peşələrə yiyələnməsinə və iş tapmasına yönəlib.

Hollandiyada ali təhsil çevik sistemə və məhsuldar yanaşmaya malikdir. Bu tələbəyə səviyyədən səviyyəyə , hətta universitetdən universitetə müstəqil keçidin mümkünlüyünü nəzərdə tutur. Lazım gələrsə tələbələr anlamadıqları kursları təkrar dinləyə bilərlər. Belə bir təcrübənin tətbiqi, tələbələrə öz yaradıcılıq imkanlarını tam göstərməyə imkan verir və Hollandiyada təhsili cəlbedici və maraqlı proses edir. Həmçinin həftədə 10 saatlıq işdən artıq olmamaq şərti ilə tələbələrin təhsil və işlərini birləşdirmək imkanı da qanunvericiliklə nəzərdə tutulub. Əcnəbi tələbələr üçün böyük üstünlük ali məktəblərə imtahansız qəbul edilmə imkanıdır.

Hollandiya ali məktəblərində tədris səviyyəsi artıq 200 ildir ki, təhsilin keyfiyyətinə zəmanət verən qanunvericiliklə nəzarət olunur. Ona görə də krallıqda az və ya çox tanınmış təhsil ocaqlar üzrə bölgü yoxdur, bu və ya digər ali məktəbin seçimi isə daha çox tələbələr tərəfindən verilən şəxsi üstünlükdən asılıdır. Hollandiyada təhsil ənənəvi bakalavr – magistr – doktor sistemi üzrə dizayn edilib və ölkənin ali məktəblərində və ya klassik universitetlərdə keçə bilər.

Ali məktəblərdə müxtəlif ixtisaslarda kadr hazırlayırlar: Biznes, menecment, turizm və s. Ali məktəbdə 4 il təhsildən sonra tələbələrə bakalavr dərəcəsi verilir. Ali məktəb məzunlarının gələcək təhsili üçün qısaldılmış illik master kursları nəzərdə tutur.

Sadə ali təhsil Hollandiyada 14 dövlət universitetlərində tədris olunur: 9 klassik, 3 texniki, açıq və aqrar universitetlər. İlk 3 il tələbələr bakalavr dərəcəsi almaq üçün, sonrakı 1-2 ili master (magistr) dərəcəsi almaq üçün oxuyurlar. Açıq universitetində qiyabi təhsil forması mümkündür.

Hollandiyanın rəsmi adı Niderland krallığıdır. Çox az adam bilir ki, təkcə Hollandiya özü ölkənin əhəmiyyətli əyalətidir. Buna baxmayaraq, bütün dünyaya tanınmış pendir, lalələr və yel dəyirmanları məhz hollandiya adı ilə bərabər adlandırılırar. Hollandiya, əsrlər boyu qəribə memarlığı, mədəniyyəti və öz bənzərsiz gözəlliklərini qurmuşdur.

Universitetlər:

  1. Amsterdam University
  2. Delft University Technology
  3. Eindhoven University Technology
  4. Erasmus University Rotterdam
  5. Gerrit Rietveld Academie
  6. Maastricht School of Management
  7. University Leiden
  8. University Maastricht
  9. University Nijmegen
  10. Utrecht University

2 -dən səhifə 2

Please publish modules in offcanvas position.