Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB) təmsil olunan ən böyük dövlətdir. Keçmiş SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə ilk qoşulan ölkələrdəndir.
Rusiya Federasiyası Şərqi Avropa və Şimali Asiyada yerləşir. Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxstan, Belorusiya, Çin, Monqolustan, Şimali Koreya, Norveç, Finlandiya, Litva, Latviya, Estoniya və Polşa ilə həmsərhəd ölkədir. Rusiya universitetləri bütün dünyada məşhurdur. Xarici tələbələrin qəbulu imtahan və ya imtahansiz (atestat) vasitəsi ilə həyata keçirilir.
Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir. Son 10 ildə təhsil sisteminin yenidən qurulması üçün ölkədə ciddi təhsil islahatları aparılıb.
Rusiya Federasiyasında mövcud olan dövlət, özəl, bələdiyyə təhsil müəssisələri fəaliyyətlərini hökumət tərəfindən təsdiq olunmuş nümunəvi əsasnamələrə uyğun qururlar.